Qızıl dövrdə cəmiyyət həyatı və dövlətə hörmət

Qızıl Dövrdə yaşanacaq olan bütün bolluq, texnoloji inkişaflar və sənətdə olan gözəlliklərin yanında cəmiyyət həyatı da son dərəcə dinc olacaq. Allah, iman edən və dininə yönələn insanlara, o dövrə qədər görülməmiş gözəllikdə bir həyat təqdim edəcək. Çünki Allah Quranda gözəllik edən, Quran əxlaqına uyğun gələn qullarına gözəllik vəd etmişdir:

Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir. Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. (Yunis surəsi, 25-26)

Yuxarıdakı ayədə "gözəllik edən" insanlara vəd edilən "əmin-amanlıq yurdu" Qızıl dövrdə tam mənasıyla yaşanacaqdır. Belə bir həyatı təmin edən ən əhəmiyyətli faktor isə şübhəsiz Quran əxlaqının əskiksiz olaraq tətbiq olunması olacaqdır.

Bəs bu dinclik və sükunət mühiti necə təmin ediləcəkdir?
Bilindiyi kimi bir cəmiyyətdə dinclik və sükunət, o cəmiyyətdəki insanların dövlətə və onun bütün vahidlərinə göstərdikləri itaət, hörmət və etibarla təmin edilə bilər. Quranda isə "itaət" məqbul bir əxlaq xüsusiyyəti olaraq təşviq edilir. Allah müsəlmanlara bir çox ayəsiylə itaəti əmr edir. Bu səbəbdən Qurana uyğun gələn insanların yaşadığı bir cəmiyyət həyatı eyni zamanda da, dövlətə itaətin və hörmətlinin ən yüksək dərəcədə yaşandığı bir mühitdir.

Bundan əlavə Allah Quranda insanları "təxribatçılıqdan" da məhrum etmişdir. Bu mövzuyla əlaqədar bir çox ayə vardır:

…Allahın verdiyi ruzidən yeyin, üçün və yer üzündə fitnə (fəsad) edərək qarışıqlıq çıxarmayın.  (Bəqərə surəsi, 60)

O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir. (Bəqərə surəsi, 205)

Nizama qoyulması (islah)ından sonra yer üzündə fitnə (fəsad) çıxarmayın; Ona qorxaraq və ümid daşıyaraq dua edin. Doğrusu Allahın rəhməti yaxşılıq edənlərə çox yaxındır. (Əraf surəsi, 56)

…Ölçünü və tərəzini tam əməl edin, insanların (haqqları olan mallarını) əşyasını dəyərindən salıb-azaltmayın və nizama (islaha) qoyulmasından sonra yer üzündə fitnə (fəsad) çıxarmayın. Bu sizin üçün daha xeyirlidir, əgər inanırsınızsa." "Ona iman edənləri təhdid edərək, Allahın yolundan saxlamaq üçün və onda əyrilik axtararaq (belə) hər yolun (başını) kəsib-oturmayın. Xatırlayın ki siz azlıqda (və gücsüz) ikən O, sizi çoxaltdı. Fitnə çıxaranların necə bir sona uğradıqlarına bir baxın." (Əraf surəsi, 85-86)

Allaha verdikləri sözü, onu qəti olaraq təsdiqlədikdən sonra pozanlar, Allahın çatdırılmasını əmr etdiyi şeyi kəsib-qoparanlar və yer üzündə fitnə çıxaranlar; onlar, lənət onlar üçündür və yurdun pis olanı da onlar üçündür. (Rad surəsi, 25)

Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir”. (Qəsəs surəsi, 77)

Müsəlmanlar Allahın yuxarıdakı ayələrindəki əmri gərəyi yer üzündə qarışıqlıq çıxarmaqdan, çətin, qarışıqlıq dolu mühitlər yaratmaqdan şiddətlə çəkinərlər və Quran əxlaqına uyğun dinclik və sükunət dolu, etidallı, xoşgörüşlü, hər vaxt problemləri həll etmə axtarışı içində olan, hadisələri qızışdırmayan əksinə hər vaxt uzlaşdırıcı istiqamətdə olan bir tutum sərgilərlər.

Qızıl dövrdə yaşanacaq həyat da Quranın bütün bu əmrlərinə uyğun olaraq son dərəcə əmin-amanlıq və sağlamlıq dolu olacaqdır. İnsanlar dövlətə olan etibar və hörməti, onun vahidlərinə itaət edərək göstərəcəklərdir. Polisə və digər təhlükəsizlik güclərinə qızğın, tərs davranan, çətinlik yaradan insanlar olmayacaq. Əksinə, İslam əxlaqını yaşayan insanlar son dərəcə köməksevər və xoşgörüşlü tutumlarıyla, təhlükəsizlik güclərinin yanında iştirak edəcək, onların işlərini asanlaşdıracaq şəkildə hərəkət edəcəklər. Bu əxlaqdakı insanların varlığı sayəsində dünyadan anarxiya, terror, qarışıqlıq, düşmənlik, şiddət tamamilə qalxacaq, insanlar heç görülməmiş, cənnət bənzəri bir mühitə qovuşacaqlar. İnsanlar arasında döyüşlər, mübahisə tamamilə qalxacaqdır. İnsanlar küçələrə rahatca çıxa biləcək, gecə gündüz güvən içində hər yerdə gəzə biləcəklərdir.

Hədislərdə, o dövrdə heç qan tökülməyəcəyi, heç bir qarışıqlıq və narahatlıq yaranmayacağı bir neçə dəfə vurğulanır:
Naim ibn Hammad, Əbu Səid əl-Xudridən nəql etdi; Peyğəmbərimiz buyurdu ki:
Onun zamanında yuxuda olan oyandırılmaz və bir damla qan belə axıdılmaz.

Onun zamanında nə bir kimsə yuxusundan oyandırılacaq, nə də bir kimsənin burnu qanayacaq.

Həmçinin, o dövrdə insanların mülayim və itaətli davranışları sayəsində dövlət rəhbərliyi də çox rahatlayacaqdır. Dünya ehtirası, dolanışıq çətinliyi kimi mövzular qalxdığı və insanlara Allah qorxusu təlqin edildiyi üçün oğurluq, fırıldaqçılıq kimi hadisələr yaşanmayacaq. Xalq araşdırmaya, doğrunu öyrənib buna görə hərəkət etməyə istiqamətləndiriləcəyi üçün ani təsirlərin meydana gəlməsi də mümkün olmayacaqdır. Bu şəkildə dövlət, anarxiya, terror, fitnəkarlıq, cinayət, fırıldaqçılıq və bunlar kimi hadisələrlə məşğul olmaq məcburiyyətində qalmayacağı üçün daxildə və xaricdə ölkənin inkişafı və güclənməsi üçün çalışa biləcəkdir.

Qızıl dövrdə meydana gələcək bu münasib, müasir, ağıllı və mədəni İslam modeli bütün İslam dünyasına işıq tutacaqdır. Beləcə, əsrlərdir İslamı əhatə edən qatı dinçilik divarları yıxılacaq, həqiqi din bütün saflığı və sadəliyiylə yaşanacaqdır. İslam əxlaqını yaşayan cəmiyyətlər həm öz içlərindəki ictimai problemləri həll edəcək, həm də bu sayədə digər ölkələrə nümunə olacaqlar.