Elmdə yaşanacaq uğurlar

İnsanın ətrafını əhatə edən möhtəşəmliyi fərq edə bilməsi, gözəllikləri anlaya bilməsi üçün düşünmək və araşdırmaq lazımdır. Quranda insanlar hər vaxt ətraflarındakı yaradılış dəlillərini görə bilmək üçün düşünməyə dəvət edilmişlər. İnsan ancaq bu şəkildə Allahın canlılar üzərində təcəlli etdirdiyi üstün ağlı və elmi təqdir edə bilər. Yer üzünün, səmanın, heyvanların, bitkilərin və insanların yaradılışında üzərində düşünülməli incəliklər gizlidir. Allahın insanları bu incəliklər üzərində düşünməyə dəvəti ayələrdə bu şəkildə izah edilir:

Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? (Mülk surəsi, 3)

Qoy insan nədən yaradıldığına bir baxsın! (Tariq surəsi, 5)

Məgər onlar dəvənin necə yaradıldığını görmürlər? Göyün necə yüksəldiyini görmürlər? Dağların necə sancıldığını görmürlər? Yerin necə döşədildiyini görmürlər? (Casiyə surəsi, 17-20)

Allahın bu əmrlərinin yerinə yetirilməsi ilə, şübhəsiz, elm sahəsində geniş üfüqlər açılmış olar. İnsanların düşünmə, araşdırma, mövzusundakı istəkləri artar. Məhz Quran əxlaqının yaşandığı bir mühitdə meydana gələcək bu uğurlar Qızıl dövrdə də ən gözəl şəkliylə yaşanacaq. Qızıl dövr elmi sahədə də dünya üzərində bu günə qədər görülməmiş proseslərə səhnə olacaq.

Qızıl dövrdə elmin bu cür irəliləməsinə və müsbət nəticələr verməsinə səbəb olacaq ən böyük amil isə o dövrdə elm dünyasının bir sıra aksiomlardan və səhv hədəflərdən xilas olacaq olmasıdır. Son bir neçə əsr içində materialist fəlsəfə, ya da darvinizm kimi batil inanclar elmin irəliləməsinə mənfi istiqamətdə təsir etmişdir. Çox sayda elm adamı tamamilə səhv olan bu kimi fərziyyələri isbat etməyə çalışmış, bir heç uğruna böyük bir əmək və zaman xərcləmişdir. Qızıl dövrdə bütün kainatın və canlıların Allah tərəfindən yaradıldığı həqiqəti bütün elm dünyası tərəfindən qəbul ediləcək və beləcə elm doğru bir təməl üzərində tutulacaq. Darvinin xəyallarını dəstəkləmək, ya da kimyəvi silahlar, nüvə bombalarını çıxarmaq üçün istifadə edilən elmi imkanlar, Allahın razılığına uyğun bir şəkildə insanlıq faydası üçün sərf olunacaq. Bu şüura çatan elm adamları isə insanlığa xidmət etməyin Allahın məmnun olacağı bir rəftar olduğunu bildikləri üçün çox daha məhsuldar bir şəkildə işləyəcəklər.

 

Genetika elmində yaşanacaq uğurlar

Axırzamanda texnoloji sahədə yaşanan hər inkişaf tibb sahəsində də çox böyük irəliləyişlərə gətirib çıxaracaq. XX əsrin ortalarında DNT-nin kəşf edilməsi, tibb və biologiya sahəsində çox böyük bir cığır açmışdır. Eyni şəkildə, Qızıl dövrdə yaşanan hər cür elmi və texnoloji inkişaf da tibbi işləri sürətləndirəcək, səhvləri çox aşağı salacaq, xəstəliklərə diaqnoz qoyulmasını asanlaşdıracaq və müalicə imkanlarını artıracaq.

Tibdə yaşanacaq irəliləyişin təməlində isə genetika elmi yatacaq. XXI əsrin elmi olaraq xatırlanan genetika, insanın DNT şifrəsi üzərində edilən işlərlə bir çox xəstəliyin genetik əsasının ortaya çıxarılmasını hədəfləyir. Bu mövzuda başladılan İnsan Genomu layihəsi, 18-dən çox ölkənin və minlərlə elm adamının iştirakı ilə 15 illik bir zaman ərzində DNT-nin sirlərini həll etməyi planlayır. İnsan genomunun ətraflı təsbit edilib bu geniş məlumat bankının bütün elm adamlarının istifadəsinə açılmasıyla insan sağlamlığı mövzusunda çox yeni bir dövr başlamış olacaq. Bu layihələrin prioritetli hədəfləri DNT üzərində edilə biləcək dəyişikliklərlə insanı xəstəliyə tutulmaqdan qorumaq, bədənin dərmanlara necə reaksiya verəcəyini əvvəldən təyin etmək, hər insanın zəif nöqtələrini təyin edib tədbir görməsini təmin etməkdir. Bu layihə ilə birlikdə "adama xüsusi" dərman istehsalı və hər bir adamın bütün genetik xüsusiyyətlərinin olduğu bir məlumat bankı, genetik kart mövzusu da gündəmə gəlmişdir. Bu şəkildə bir-birlərindən kiçik də olsa, fərqliliklər göstərən xəstəliklər arasında ayrı-seçkilik edilə biləcək və adama xüsusi müalicə imkanları ortaya çıxacaq.

Məhz bütün bu inkişaflar nəticəsində Qızıl dövrdə insanlar həkim, ya da dərman tapa bilmədikləri, ya da gec və ya səhv müalicə edildiyi üçün çarəsizlik yaşamayacaq, hər ehtiyacı olana, o an kömək ediləcək. Çünki Quran əxlaqına uyğun olan davranış çətinlik içində olanlara, xəstələrə kömək etmək, can qurtarmaqdır. Quran əxlaqının əskiksiz tətbiq olunduğu bir dövr olaraq Qızıl dövrdə də insan həyatına və sağlamlığına böyük əhəmiyyət veriləcək.

 

Tibdə yaşanacaq uğurlar

Yuxarıda da ifadə etdiyimiz kimi, Quran əxlaqının yaşandığı bir mühitdə insan həyatına çox böyük bir əhəmiyyət verilər. Bu səbəblə də iman edən insanların olduğu bir cəmiyyətdə sağlamlıq mövzularında çox ciddi bir səy diqqət çəkər. Hər hansı bir insan ayrı-seçkiliyi edilmədən, kasıb-zəngin, yaşlı-gənc demədən, hər kəsin sağlamlıq problemlərinə çox böyük bir qayğı göstərilər. Tək bir adamın həyatı üçün lazım olsa, mövcud olan bütün imkanlar sınanar, hər cür ehtimal qiymətləndirilər. Bir adamın sağlamlığına qovuşa bilməsi üçün çox xərc çəkilər, nümunəsi görülməmiş bir fədakarlıq sərgilənər. Çünki Allahın Quranda təsvir etdiyi əxlaqda bir insanı "diriltməyin" yəni onun sağlam olması üçün səy göstərmənin qarşılığı çox böyükdür. Bir ayədə bu mövzuya belə diqqət çəkilir:

...kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar...  (Maidə surəsi, 32)

Allahın bu ayəsindəki əmrinə uyğun gələn müsəlmanlar tibb mövzusunda çox ciddi işlər görəcəklər. Bu səbəbdən, Qızıl dövrdə tibb sahəsində də bu günə qədər yaşanmamış bir uğur görüləcək.

 

Şəhər planlamasında yaşanacaq irəliləyişlər

XXI əsrdə elm adamları əldə olan texnologiyanın daha sürətli, geniş bir sahədə və praktik olaraq istifadə etmək imkanları yaratmaq və bunları bütün insanlığın xidmətinə təqdim etmək mövzusunda işlər görəcəklər.

İndi söhbət açılan mövzuların başında isə kompüter texnologiyasının insan həyatını asanlaşdırması, tənzimləməsi və iş-gücünü ən aza endirməsi durur. İllər əvvəl elm, fantastika filmlərində izlənilən və yalnız bu filmlərlə məhdud qalacağı düşünülən bir çox texnoloji imkan, həyatı asanlaşdıran vasitələr, rahatlığa istiqamətli proseslər həyatımıza girməyə başlamışdır. İndi də irəliyə istiqamətli olaraq hədəflənən mövzulardan biri isə böyük şəhərlərin kompüterlərlə idarə edilməsidir. Bu şəkildə hər cür infrastruktur sistemi, təcili kömək işləri, nəqliyyat və şəhər planlaması, təhlükəsizlik, sağlamlıq xidmətləri çox sürətlənəcək. Bir şəhərdə yaşayan insanlar haqqındakı hər cür məlumat da kompüterlərdə qeydli olacağı üçün hər cür əməliyyat çox böyük bir sürətlə nəticələndiriləcək, vaxt itkisi minimuma endiriləcək.

Şəhərlərdəki təhlükəsizlik baxımından da belə bir sistem son dərəcə faydalı olacaq. Məsələn, tikilən binalar inkişaf etmiş texnologiya sayəsində çox şiddətli fəlakətlərə davamlı hala gətirilə biləcək. İndiki vaxtda bir şəhər tək bir zəlzələ ilə, bir sellə viran qalarkən, Qızıl dövrdə binaların inşasında həm istifadə edilən vəsait baxımından, həm də abadlıq cəhətdən çox inkişaf etmiş texnikalar istifadə ediləcək, şəhər və binaların infrastrukturu hər cür çətin şərtə dözə biləcək hala gətiriləcək. Bu şəkildə, insanların təhlükəsizliyi texnologiyanın bütün imkanları istifadə edilərək köklü bir şəkildə təmin ediləcək, fövqəladə vəziyyətlər üçün lazım olan hər tədbir alınacaq.

Enerji qaynaqlarında yaşanacaq dəyişikliklər sayəsində hər şəhər öz enerjisini təmin edəcək hala gələcək. Haqqında danışılan enerji növlərinin başında isə günəş və külək enerjisi gəlir. Şəhərlərdəki günəş reaktorları sayəsində ehtiyac duyulan elektrik ehtiyacı, su təmizləmə təsisləri, istilik sistemləri kimi mövzular asanlıqla həll ediləcək, şəhərlər və ölkələr arasındakı enerji alveri azaldılacaq. Sahil şəhərləri, eyni enerjini su, ya da küləkdən əldə edə biləcək, bu şəkildə çox böyük bir enerji qazancı təmin ediləcək, qalıq yanacaqlardan artıq qalan tullantılar aradan qalxdığı üçün ətraf çirkliliyi aradan qalxacaq. Hər cür qida ehtiyacı, şəhər içində torpaqsız əkinçilik edilən bölgələrdən təmin ediləcək, yüksək ünsiyyət gücü sayəsində elm və texnologiya sahəsində yaşanan hər inkişaf anı vaxtında bu şəhərlərdə də tətbiqə keçəcək.

Bununla yanaşı, insanların yaşadığı ərazilərdə də estetik baxımdan çox böyük uğurlar görüləcək. Şəhərlərdəki təmizlik və nizama kompyuter sistemiylə nəzarət ediləcək, hər yer yaşıllaşdırılacaq və bu sistemi heç kim pozmayacaq. İndiki vaxtda şəhərlərdəki qarışıqlıq, çirklilik və nizamsızlığın səbəbi Quran əxlaqının yaşanmamasıdır. Quran əxlaqı yaşandıqda hər kəs ətrafını daha çox gözəlləşdirməyə, cənnət mühitinə bənzətməyə çalışar. Davamlı yeniliklər, gözəlliklər düşünər. Sahib olduğu böyük rahatlığı, dincliyi və gözəlliyi üçün bunu özünə bir lütf olaraq verən Rəbbinə şükr edər. Və Allahın şükür edən qullarına vəd etdiyi gözəlliklərə daha çox sahib olar:

O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir”. (İbrahim surəsi, 7)

Bir başqa ayədə isə Allahın çox gözəl bir şəhərdə yaşayan İrəm xalqına verdiyi öyüd belə bildirilir:

Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. Budur gözəl diyar və Bağışlayan Rəbb!
(Səba surəsi, 15)