Qızıl dövrdə sənətdə yaşanacaq nailiyyətlər

Quran əxlaqına sahib bir cəmiyyətin ictimai həyatının necə ola biləcəyini Quran ayələrinə baxaraq anlamaq mümkündür. Çünki Qurana uyğun gələn insanlar ağıl və vicdanlarına uyğun gələrək ən doğrunu, ən gözəli dərhal ayıra bilər, mənfilikləri ortadan qaldıra bilərlər. Bu səbəbdən Quran tərbiyəsi almış, həyatını bu əxlaq üzərində quran bir insanın musiqi, şəkil, teatr, ədəbiyyat kimi sənət sahələrində də çox əhəmiyyətli xidmətləri olacaq.

Yuxarıda nümunələrini verdiyimiz kimi, Allah Quranda həm gündəlik həyatda, həm də cənnət həyatındakı sənət, estetika və gözəllik anlayışını möminlərə bildirmişdir. Qurana bağlı olunduğunda, insanlar sənəti yalnız musiqi, ədəbiyyat, şəkil kimi mövzularda məhdudlaşdırmazlar. Həyatın hər sahəsində, sənət və estetikanı canlı tutmağa çalışarlar. Məsələn, gözəl danışmaq, incə düşüncəli olmaq, gözəl və gözə xoş gələn mimika və hərəkətlərə sahib olmaq, danışarkən səsi gözəl istifadə etmək, zövqlü və özünə yaraşdıraraq geyinmək, ev dekorasiyası, bağça nizamı, dadı və görünüşü baxımından gözəl yeməklər edə bilmək, estetik süfrələr hazırlamaq, sevgi göstərmək, məsələn, bir uşağa duyulan sevgi və şəfqəti bütün səmimiliyi ilə dilə gətirə bilmək, və ya eyni şəkildə bir yaşlıya sevgi və hörməti ən çox göstərə bilmək, qonaq qəbul etmək və bunlar kimi bir çox mövzuda möminlər həmişə sənət anlayışlarını göstərərlər.

Qızıl dövr də hər insanın həyatında sənətin bir istiqamətini sərgilədiyi, insanların daim meydana gətirdikləri əsərlərlə, baxışları, ünsiyyəti, rəftarlarıyla digər insanlara gözəllik təqdim etməyə çalışdıqları bir dövr olacaq.

 

Qızıl dövrdə kino, musiqi, teatr sahələrində yaşanacaq irəliləyişlər

Qızıl dövrdə yaşanacaq üstün sənət anlayışını anlaya bilmək üçün cahiliyyədəki sənət üzərində bir az düşünmək lazımdır. Günümüzün sənətçiləri tərəfindən meydana gətirilən sənət əsərlərinin böyük bir hissəsində təqlid, monotonluq və daha əvvəldən edilən əsərlərin təkrar edilməsi diqqəti çəkir. Çox adam düşünərək, səy sərf edərək yeni əsərlər yaratmağa çalışmaz, olan təkrar edilər. Zaman keçdikcə digərlərindən bir az fərqli bir əsər ortaya çıxaran kəslər olsa belə, bu əsər daha sonra minlərlə dəfə təqlid edilər və edilən dəyişiklik çox qısa bir müddətdə əhəmiyyətini itirər.

Hər hansı bir musiqi əsərinin səsləndirilməsində belə çox vaxt birtiplilik yaşanar. Bir mahnı çox fərqli alətlərlə, səsdə çox fərqli eniş-çıxışlar sınanıb, fərqli-fərqli şəkillərdə şərh oluna biləcəkkən, həmişə eyni qəliblər üzərində işlənilir. Bunun altında da, yeni fikirlərə bağlı olunması, dar düşünülməsi və insanlar arasında yaradılan rəqabət və çəkişmə yatır. Çox insan musiqi mövzusuna da maddi bir gəlir, ya da məşhurluq əldə etmək niyyətiylə yaxınlaşdığından, məşhur olan kəsləri ya da sevilən bir parçanı təqlid edərək ön plana çıxmağa çalışar. Bu səbəblə də, musiqidə həmişə müəyyən axınların arxasınca gedənlər, bir-birindən heç fərqi olmayan əsərlər ortaya çıxararlar. Yeni bir axın çıxana qədər eyni ritm, eyni melodiya, eyni sözlər təkrar edilər.

Teatrda da bu tip əsərlərin ortaya çıxmamasının səbəbi eynidir. Əsrlərdən bu yana həmişə mövcud olanlar, yeni tənzimləmələrlə təkrar edilər. Hətta hərəkətlər və danışmalar bir yerdən sonra o qədər təkrarlanar ki, davamlı bir teatr tamaşaçısı söhbətləri əzbərdən söyləyə biləcək hala gələr. Kimin harada nə reaksiya verəcəyini dərhal anlayar. Gündəlik həyatdan bir anı canlandırmaq üçün edilən ünsiyyətdə normal həyatda olmayan mimikalar, səs tonu, xitab şəkli, üslub, rəftarlar istifadə edilər.

Halbuki, Quran əxlaqının yaşandığı Qızıl dövrdə hər kəs gözəlliklərdən haqqıyla zövq almağı öyrənəcək, hər mövzuda olduğu kimi sənətdə də ən gözəlini, gözə və qulağa ən xoş gələni seçəcək. Qızıl dövrün təmin etdiyi rifah və bolluq mühitində sənətçilər hər kəsi heyran buraxacaq əsərlər ortaya çıxara biləcəklər. İstər musiqidə, istərsə də digər sənət sahələrində çox-çox ədəddə və bir-birindən fərqli əsərlər ortaya çıxacaq və bu əsərlər də bir-birinin bənzəri olmayacaq. Daha əvvəl heç görülməmiş gözəllikdə musiqi klipləri, əyləncə şəkilləri inkişaf etdiriləcək, həyatın hər anı çox zövqlü hala gətiriləcək.

Əlbəttə, indiki vaxtda da gözəl əsərlər meydana gətirən insanlar vardır. Ancaq bu insanların sayı başdan bəri ifadə etdiyimiz səbəblər ucbatından məhdud qalır. Buna görə də, indi yalnız müəyyən yerlərdə və müəyyən kəslərin istifadə edə bildiyi gözəlliklər, sənət əsərləri mövcuddur. Qızıl dövrdə isə bu gözəlliklər bütün insanların istifadəsinə təqdim ediləcək.

Burada sayılanlar, Qızıl dövrdə sənət sahəsində təmin ediləcək irəliləmələrdən yalnız bir neçə nümunədir. Qurana əskiksizcə tabe olunduğu hər mühitdə möminlərin həyatı həm sənət baxımdan, həm də zənginlik, bolluq və bərəkət açılışından bənzərsiz bir gözəllik içində olar. Allah insanlar səmimi olaraq iman etdikləri təqdirdə onları necə nemətlərlə mükafatlandıracağını, bu nemətlərdən məhrum qalmalarının tək səbəbinin isə inkar etmələri olduğunu belə bildirər:

Əgər insanların kafirlik zəminində birləşmiş vahid bir ümmətə çevrilmək təhlükəsi olmasaydı, Mərhəmətli Allahı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik; evlərinin qapılarını və söykəndikləri taxtları da. Üstəlik zinət də verərdik...
(Zuxruf surəsi, 33-35)

 

Qızıl dövrdə cənnətə bənzər bir mühit meydana gələcəkdir

Quranda möminlərin əsl yurdunun cənnət olduğu bildirilir. Bu səbəbdən Quran əxlaqını yaşayan bir insanın hər cür estetik anlayışı, cənnətə görə şəkillənəcəkdir. Əsl yurd cənnət olduğuna görə, bu dünyanı gözəlləşdirmənin yolu, onu cənnəti xatırladacaq bir hala gətirməkdir.

Möminlərin cənnətə olan bu həsrəti, onların ətraflarını cənnəti xatırladan məkanlara çevirmələrinə səbəb olur. Cənnət əlbəttə ki, hər insanın xəyal edə bildiyinin çox üzərində sənət əsərlərinə, dünyada heç bir insanın çata bilməyəcəyi qüsursuzluqda görünüşlərə, gözəlliklərə sahib olan bir məkandır. Ancaq Qurana tabe olan bir insanın dünyagörüşü, dünyadakı bütün imkanları istifadə edərək, buranı bacardığı qədər cənnətə bənzədə bilməyi tələb edir.

İlk olaraq möminlər Quranın verdiyi təmizlik anlayışını olduqları yerdə əks etdirəcəklər. İnsanların istifadə etdikləri bütün məkanlar, yollar, ibadət evləri, əyləncə yerləri, işyerləri, evlər, qısaca hər yer tərtəmiz olacaqdır. Allah bir ayəsində möminlərə "Libasını təmizlə! Pis şeylərdən uzaqlaş!" (Müddəssir surəsi, 4-5) şəklində əmr edir. Bu ayəyə uyğun olaraq Qızıl dövrdə də möminlərin geyimlərində görülməmiş bir təmizlik olacaqdır. Bunun təmin edilməsi üçün lazımlı olan təmizləyici maddələr bütün insanların istifadəsinə veriləcək, bu mövzularda insanlar böyük asanlıqlarla təmin ediləcəkdir. İnsanların paltarları və yaşadıqları məkanlar xaricində ətraf təmizliyinə də son dərəcə əhəmiyyət veriləcəkdir. Bütün məskunlaşma mərkəzlərində ətraf çirkliliyinin qarşısı alınacaq, hava çirkliliyinə səbəb olan hər mövzuya çarə tapılacaqdır.

Bütün bunların yanında insanların toplu olaraq istifadə etdikləri yerlərdə də hər cür rahatlıq təmin ediləcəkdir. Məsələn, bütün ibadət evlərində isti, soyuq suyun davamlı axması, kütləvi nəqliyyat vasitələrində hər kəsin rahatlıqla səfər edə bilməsi təmin ediləcəkdir. Çirkli, murdar qoxulu, tünlük yerlərdə insanların saatlarla qalıb zərər çəkməmələri üçün sistemlər fəaliyyət göstərəcəkdir. Hətta belə yerlər tamamilə ortadan qaldırıldığı üçün, insanlar artıq keçmişdə yaşanan bu çətinlikləri unudacaqlardır.

İnsanların ictimai həyatları da son dərəcə zəngin olacaqdır. Əyləncə mərkəzləri, istirahət yerləri, musiqi dinlənən yerlər həm yuxarıda danışdığımız kimi tərtəmiz olacaq, həm də insanların ən rahat istifadə edə biləcəkləri şəkildə təşkil ediləcəkdir. Gənclərin getdikləri əyləncə mühitlərində sağlamlığa zərərli heç bir yemək və içki saxlanılmayacaq, hər yerdə insanların sağlamlığına nəzarət ediləcəkdir.

Eyni zamanda heyvan sevgisi də təşviq ediləcək, hər cür heyvanın rahatlıqla sevilə biləcəyi və araşdırıla biləcəyi mühitlər yaradılacaqdır. Hətta aslan, panter, çita kimi heyvanlar öyrədilərək küçələrdə gəzmələri təmin ediləcəkdir. Bunun yanında əqrəb, ilan kimi heyvanların zəhərlərinin elmi metodlarla yox edilməsi sayəsində, bunların da insanlara zərər verməsinə mane olacaqdır. Axırzamanda yaşanacaq bu mühitə Peyğəmbərimizin bir hədisində belə diqqət çəkilmişdir:

"...insan qoyun və heyvanlarına "haydı gedin otlayın" deyəcək, onlar da gedəcəklər, əkinin ortasından keçdikləri halda bir başaq belə ağızlarına almayacaqlar, ilan və əqrəblər kimsəyə əzab etməyəcəklər, yırtıcı heyvanlar qapıların önündə dayanacaq və kimsəyə zərərləri toxunmayacaqdır..."

Qızıl dövrdə də insanların cənnətə həsrət duyduğu, Allahın razılığını və cənnətini ümid edərək yaşadıqları bir dövr olacaqdır. Bu səbəbdən bu dövrdə insanlar hər yerdə cənnət bənzəri bir sənət, estetika və gözəllik meydana gətirməyə çalışacaqlardır. Allah cənnətdəki mühiti İnsan surəsində bu şəkildə təsvir edir:

Və səbir etmələri səbəbindən cənnətlə və ipəklə mükafatlandırmışdır. Orada taxtlar üzərində söykənib-dirsəklənmişdirlər. Orada nə (yandırıcı) bir günəş və nə də dondurucu bir soyuq görərlər. (Meyvələrin) Kölgələri onlara çox yaxın və yığılmaları asanlaşdırıldıqca asanlaşdırılmışdır. Ətraflarında gümüşdən büllur qablar, qədəflər dolaşdırılar. Gümüşdən olan elə büllur qədəhlər ki, onları içmək istədikləri həcmdə hazırlamışlardır. Orada onlara bir qədəh içirilər ki, qarışığı zəncəfildir. Bir mənbə ki orada "səlsəbil" olaraq adlandırılar. Ətraflarında (gənclikləri və dinclikləri) əbədi qılınmış civanlər dolanar; sən onları gördüyün zaman saçılmış bir inci sanarsan. Hər hara baxsansa, bir nemət və böyük bir mülk görərsən. (İnsan surəsi, 12-20)

Allah cənnətdə möminlərə saysız nemətlər və gözəlliklər təqdim edəcəkdir. Dünyada göstərdikləri gözəl əxlaq və Quran əxlaqını hakim etdiklərinə görə bütün səylərinin qarşılığı olaraq, çox böyük bir mülk və ehtişamlı bir həyatla yaşadılacaqlardır. Allah "Hər hara baxsan, bir nemət və böyük bir mülk görərsən" (İnsan surəsi, 20) tərifiylə, müsəlmanlara necə bir mühitlə qarşılaşacaqlarını xəbər vermişdir.

Cənnətdə inananlara təqdim ediləcək bu nemətlər bir çox ayədə təsvir edilmişdir. Oturulacaq yerlər, yeməklər, köşklər, kölgəliklər, bulaq başları, göz oxşayan rənglərdəki geyimlər, zinətlər və daha bilmədikləri minlərlə nemətdən bəhs edilmişdir. Dünyadakı nemətlər təbii ki, cənnətdəkilərin yalnız bir bənzəri ola bilər. Ancaq dünyada da Allah bu günə qədər heç bir insanın xəyal belə edə bilməyəcəyi nemətləri insanlara təqdim etməyə güc olandır. Necə ki, Allah Bəqərə surəsində cənnətdəki nemətlərin dünyadakıların bənzəri olduğunu bildirir:

(Ey Məhəmməd) iman edib saleh əməllər edənləri müjdələ. Həqiqətən onlar üçün altlarından çaylar axan cənnətlər vardır. Özlərinə ruzi olaraq bu məhsullardan hər yedirildiyində: "Bu daha əvvəl də ruzi olaraq veriləndəndir" deyərlər. Bu, onlara, (dünyadakına) bənzər olaraq təqdim edilmişdir. Orada, onlar üçün tərtəmiz yoldaşlar vardır və onlar orada müddətsiz qalacaqlardır. (Bəqərə surəsi, 25)

Budur Qızıl dövr Allahın insanlara dünyada ola biləcək ən ehtişamlı gözəllikləri və nemətləri təqdim edəcəyi bir dövr olacaqdır. Bu dövrdə meydana gələcək mühitin gözdə canlandırıla bilməsi baxımından cənnətdəki mühiti təsvir edən ayələrə baxmaq kifayətdir.

 

Cənnətdə sənət

Altından çaylar axan məskənlər və bulaq başları

Təqva sahiblərinə vəd edilən cənnət; onun altından çaylar axar, yemişləri və kölgəlikləri davamlıdır. Bu qorxub-çəkinənlərin (xoşbəxt) sonudur, inkar edənlərin sonu isə atəşdir. (Rad surəsi, 35)

Həqiqətən təqva sahibi olanlar, cənnətlərdə və bulaq başlarındadır. Oraya sağlamlıqla və təhlükəsizliklə girin. Onların sinələrində kindən (nə varsa bütününü) sıyırıb-çəkdik, qardaşlar olaraq taxtlar üzərində qarşı-qarşıyadırlar. (Hicr surəsi, 45-47)

Təqva sahiblərinə vəd edilən cənnətin nümunəsi (budur): İçində pozulmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlər üçün ləzzət verən şərabdan çaylar və süzmə baldan çaylar vardır və orada onlar üçün meyvələrin hər cüründən və Rəblərindən bir bağışlama vardır. Heç (belə mükafatlanan bir adam), atəşin içində əbədi olaraq qalan və bağırsaqlarını 'parça parça qoparan' qaynar sudan içirilən kəslər kimi olarmı? (Məhəmməd surəsi, 15)

 

Dayanmadan axan qaynaqlar

Orada dayanmadan axan bir qaynaq vardır. (Ğaşiyə surəsi, 12)

İçlərində dayanmadan fışqırıb-axan iki bulaq vardır. (Rəhman surəsi, 66)

 

Yüksək köşklər və qonaqlar

Ancaq Rəblərindən qorxub-çəkinənlər isə; onlara yüksək köşklər vardır, onların üstündə də yüksək köşklər bina edilmişdir. Onların altında çaylar axmaqdadır. (Bu,) Allahın vədidir. Allah, vədindən dönməz.  (Zumər surəsi, 20)

İman edib saleh əməllərdə olanlar; onları, içində əbədi qalıcılar olaraq, altından çaylar axan cənnətin yüksək köşklərinə şübhəsiz yerləşdirəcəyik. (Saleh) Əməllərdə olanlar əcri nə gözəldir.  
(Ənkəbut surəsi, 58)

 

Gözəl məskənlər

Allah, mömin kişilərə və mömin qadınlara içində əbədi qalmaq üzrə, altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allahdan olan məmnuniyyət isə ən böyükdür. Böyük qurtuluş və xoşbəxtlik budur. (Tövbə surəsi, 72)

 

Cənnətin ən gözəl yerində otaqlar

Onlar səbir etmələrinə qarşılıq (cənnətin ən gözdə yerində) otaqlarla mükafatlandırılarlar və orada sağlamlıq diləyi və salamla qarşılanarlar. (Furqan surəsi, 75)

 

Bağçalar

Həqiqət budur ki, müttəqilər üçün bir qurtuluş və xoşbəxtlik vardır.
Nə qədər bağçalar və üzüm bağları.  (Nəbə surəsi, 31-32)

Beləcə iman edib saleh əməllərdə olanlar; artıq onlar bir cənnət bağçasında sevinc içində qarşılanarlar. (Rum surəsi, 15)

...İman edib saleh əməllərdə olanlar isə, cənnət bağçalarındadırlar. Rəbləri qatında hər dilədikləri onlarındır. Böyük fəzl (nemət və üstünlük) budur. (Şura surəsi, 22)

 

Otaqlar

Otaqlar içində qorunmuş huri qadınlar. (Rəhman surəsi, 72)

 

Taxtlar

Orada taxtlar üzərində söykənib-dirsəklənmişlər. Orada nə (yandırıcı) bir günəş və nə də dondurucu bir soyuq görərlər. (İnsan surəsi, 13)

Həqiqət budur ki, bu gün cənnət xalqı, sevinc və xoşbəxtlik dolu bir məşğuliyyət içindədirlər. Özləri və yoldaşları, kölgəliklərdə, taxtlar üzərində söykənmişlər. Orada təptəzə-meyvələr onların və istək duyduqları hər şey onlarındır. (Yasin surəsi, 55-57)

Diqqətlə düzülmüş taxtlar üzərində söykənmişlərdir və Biz onları iri-ceyran gözlü hurilərlə evləndirmişik. (Tur surəsi, 20)

Taxtlar üzərində baxıb-seyr etməkdədirlər. (Mutəffifin surəsi, 23)

Onların sinələrində kindən (nə varsa bütününü) sıyırıb-çəkdik, qardaşlar olaraq taxtlar üzərində qarşı-qarşıyadırlar. (Hicr surəsi, 47)

Onlar; altından çaylar axan Ədn cənnətləri onlarındır, orada qızıl bilərziklərlə bəzənərlər, yüngül ipəkdən və ağır işlənmiş atlasdan yaşıl paltarlar geyərlər və taxtlar üzərində qurulub-söykənərək dirsəklənərlər. (Bu,) Nə gözəl savab və nə gözəl dəstəkdir. (Kəhf surəsi, 31)

Özləri və yoldaşları, kölgəliklərdə, taxtlar üzərində söykənmişlərdir. (Yasin surəsi, 56)

Orada yüksəklərdə qurulmuş, taxtlar da vardır;  (Ğaşiyə surəsi, 13)

Xüsusi işlənmiş ləl-cəvahirat taxtlar üzərindədirlərdir. (Vaqiə surəsi, 15)

 

Qədəhlər

Müxtəlif-meyvələr. Onlar ikram görənlərdir. Nemətlərlə təchiz edilmiş (naim) cənnətlərdə. Bir-birlərinə qarşı, taxtlar üzərində (oturarlar). Qaynaqdan (doldurulmuş) qədəhlərlə ətraflarında gəzilər. Dümağ; içənlərə ləzzət (verən bir içki). Onda nə bir narahatlıq vardır, nə də özlərindən gedib ağılları başdan çıxmaz.  (Saffat surəsi, 42-47)

Qaynağından (doldurulmuş) testilər, ibriqlər və qədəhlər, (Vaqiə surəsi, 18)

Şübhəsiz ki, yaxşılar (əbrar), qarışığı kafur olan bir qədəhdən içərlər. (İnsan surəsi, 5)

Orada onlara bir qədəh içirilər ki, qarışığı zəncəfildir. (İnsan surəsi, 17)

 

Qızıl nimçələr, bardaqlar və badələr

"Onların ətrafında qızıl nimçələr və badələrlə gəzilər; orada nəfslərin arzu etdiyi və gözlərin ləzzət (zövq) aldığı hər şey vardır və siz orada müddətsiz qalacaqsınız." (Zuxruf surəsi, 71)

Qaynağından (doldurulmuş) badələr, bardaqlar və qədəhlər, (Vaqiə surəsi, 18)

 

Ağır işlənmiş atlasdan yataqlar

Astarları, ağır işlənmiş atlasdan yataqlar üzərində söykənərlər. İki cənnətin də meyvə-yığması (ordakılara) yaxın (asan)dır. (Rəhman surəsi, 54)

 

Təəccüblü gözəllikdəki yastıqlar və döşəklər

Yaşıl yastıqlara və təəccüblü gözəllikdəki döşəklərə söykənərlər. (Rəhman surəsi, 76)

Cərgə-cərgə yastıqlar və sərilmiş döşəklər. (Gaşiyə surəsi, 15-16)

 

Ən gözəl geyimlər

Onlar; altından çaylar axan Ədn cənnətləri onlarındır, orada qızıl bilərziklərlə bəzənərlər, yüngül ipəkdən və ağır işlənmiş atlasdan yaşıl paltarlar geyərlər və taxtlar üzərində qurulub-dirsəklənərlər. (Bu,) Nə gözəl savab və nə gözəl dəstəkdir. (Kəhf surəsi, 31)

Heç şübhəsiz Allah, iman edənləri və saleh əməllərdə olanlara altından çaylar axan cənnətlərə soxar, orada qızıldan bilərziklərlə və incilərlə bəzənərlər; ordakı paltarları ipək(dən)dir. (Həcc surəsi, 23)

 

Qızıl, inci, ipək, atlas və müxtəlif ləl-cəvahiratlar

Onlar; altından çaylar axan Ədn cənnətləri onlarındır, orada qızıl bilərziklərlə bəzənərlər, yüngül ipəkdən və ağır işlənmiş atlasdan yaşıl paltarlar geyərlər və taxtlar üzərində qurulub-dirsəklənərlər. (Bu,) Nə gözəl savab və nə gözəl dəstəkdir. (Kəhf surəsi, 31)

Heç şübhəsiz Allah, iman edənləri və saleh əməllərdə olanları altından çaylar axan cənnətlərə salar, orada qızıldan bilərziklərlə və incilərlə bəzənərlər; ordakı paltarları ipək(dən)dir. (Həcc surəsi, 23)

Bir çoxu keçmiş (ümmət)lərdən, bir azı da sonrakılardandır. Xüsusiylə işlənmiş ləl-cəvahirat taxtlar üzərindədirlər. Qarşılıqlı söykənmişlərdir. Ətraflarında ölümsüzlüyə çatmış gənclər gəzərlər; Çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlər, bundan başları ağrımaz və məst olmazlar. Arzulayıb-seçəcəkləri meyvələr, canlarının çəkdiyi quş əti və iri gözlü hurilər, Sanki gizli incilər kimi; Etdiklərinə bir qarşılıq olmaq üzrə (onlara təqdim edilər); Orada, nə axmaq və boş bir söz eşidərlər, nə günaha  səbəb olan söhbət. Yalnız bir söz (eşidərlər:) "Salam, salam." "Əshabi And", nə (mübarəkdir o) "Əshabi And." Yüklü budaqları bükülmüş albalı (ağacları), Üst-üstə düzülmüş meyvələri sallanmış banan ağacları, Yayılıb-uzanmış kölgələr, Dayanmadan axan su(lar); və (daha) bir çox meyvələr arasında,  Kəsilib-azalmayan və qadağan edilməyən (meyvələr) Yüksəklərə-qurulmuş döşəklər (sidrlər). (Vaqiə surəsi, 13-34)

Yüngül ipəkdən və ağır işlənmiş atlasdan (paltarlar) geyinərlər, qarşılıqlı (oturarlar).
(Duxan surəsi, 53)

 

Qızıl və gümüş bilərziklər

Heç şübhəsiz Allah, iman edənləri və saleh əməllərdə olanları altından çaylar axan cənnətlərə yerləşdirər, orada qızıldan bilərziklərlə və incilərlə bəzənərlər; ordakı paltarları ipək(dən)dir.
(Həcc surəsi, 23)

Ədn cənnətləri (onlarındır); oraya girərlər, orada qızıldan bilərziklərlə və incilərlə bəzənərlər və orada onların paltarları ipək(dən)dir. (Fatir surəsi, 33)

Onlar; altından çaylar axan Ədn cənnətləri onlarındır, orada qızıl bilərziklərlə bəzənərlər, yüngül ipəkdən və ağır işlənmiş atlasdan yaşıl paltarlar geyərlər və taxtlar üzərində qurulub-dirsəklənərlər. (Bu,) Nə gözəl savab və nə gözəl dəstəkdir. (Kəhf surəsi, 31)

Onların üzərində yüngül ipək və ağır işlənmiş atlasdan yaşıl paltarlar vardır. Gümüşdən bilərziklərlə bəzənmişlərdir. Rəbləri onlara tərtəmiz bir şərab içirmişdir.   (İnsan surəsi, 21)

 

Arzulayıb seçəcəkləri meyvələr

Arzulayıb seçəkləri meyvələr, (Vaqiə surəsi, 20)

Orada təhlükəsizlik içində hər cür meyvəni istəyirlər; (Duxan surəsi, 55)

Və (daha) bir çox meyvələr arasında, (Vaqiə surəsi, 32)

İçində söykənərək dirsəklənmişdirlər; orada bir çox meyvə və şərab istəyirlər. (Sad surəsi, 51)

Onlara, istəyib arzulaydıqları meyvələrdən və ətdən bol bol verdik.  (Tur surəsi, 22)

Müxtəlif meyvələr. Onlar ikram görənlərdir. (Saffat surəsi, 42)

İçlərində (hər növdən) meyvə, bənzərsiz xurma və bənzərsiz nar vardır.  (Rəhman surəsi, 68)

İçlərində (hər növdən) meyvə, bənzərsiz xurma və bənzərsiz nar vardır. (Rəhman surəsi, 68)

Yüklü budaqları bükülmüş albalı (ağacları),  (Vaqiə surəsi, 28)

Üst-üstə yığılmış meyvələri sallanmış banan ağacları,   (Vaqiə surəsi, 29)

 

Yığılması asan meyvələr

(Meyvələrin) Kölgələri onlara çox yaxın və yığılmaları asanlaşdırılmışdır (İnsan surəsi, 14)

Astarları, ağır işlənmiş atlasdan yataqlar üzərində söykənərlər. iki cənnətin də meyvələrinin yığması (ordakılara) yaxın (asan)dır. (Rəhman surəsi, 54)

Yığılacaq (meyvə və bənzərsiz məhsul)ları çox yaxındır.  (Haqqə surəsi, 23)

 

Yemişləri davamlıdır

Təqva sahiblərinə vəd edilən cənnət; onun altından çaylar axar, yemişləri və kölgəlikləri davamlıdır. Bu qorxub-çəkinənlərin (xoşbəxt) sonudur, inkar edənlərin sonu isə atəşdir. (Rəd surəsi, 35)

 

Təptəzə meyvələr

Orada təptəzə meyvələr və istədikləri hər şey onlarındır.  (Yasin surəsi, 57)

 

İçənlərə ləzzət verən bir içki

Dümağ; içənlərə ləzzət (verən bir içki). (Saffat surəsi, 46)

Onlar orada bir-birinə şərab dolu badə uzadacaqlar. Bu şərab onları nə boşboğazlığa, nə də günaha təhrik etməz. (Tur surəsi, 23)

Qaynaqdan (doldurulmuş) qədəhlərlə ətraflarında gəzilər. (Saffat surəsi, 45)

Onda nə bir narahatlıq vardır, nə də özlərindən keçib, ağıllarını itirərlər. (Saffat surəsi, 47)

Ki bundan nə başlarını bir ağrı, nə də özlərindən keçib ağıllarını itirərlər. (Vaqiə surəsi, 19)

Şübhəsiz ki yaxşılar (əbrar), qarışığı kafur olan bir qədəhdən içərlər. Allahın qullarının özündən içdikləri bir qaynaq; onu fışqırtdıqca fışqırdıb axıdarlar. (İnsan surəsi, 5-6)

 

Pozulmayan, dadı dəyişməyən nemətlər

Təqva sahiblərinə vəd edilən cənnətin nümunəsi (budur): İçində pozulmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlər üçün ləzzət verən şərabdan çaylar və süzmə baldan çaylar vardır və orada onlar üçün meyvələrin hər cüründən və Rəblərindən bir bağışlama vardır. Heç (belə mükafatlanan bir adam), atəşin içində əbədi olaraq qalan və bağırsaqlarını parça-parça qoparan qaynar sudan içirilən kəslər kimi olarmı? (Muhəmməd surəsi, 15)