Qızıl dövrdə sənət

Qızıl dövrdə həyatın hər anına hakim olan bolluq, zənginlik, gözəllik və irəliləyiş, sənət sahəsinə də hakim olacaq. Bu dövrdə insanlar həmişə gözəlliklə qarşılaşacaq, əxlaqları kimi yaşadıqları yerləri, bağçaları, evlərinin dekorasiyası, paltarları, dinlədikləri musiqi, əyləncə şəkilləri, teatrları, şəkilləri, söhbətləri də gözəlləşəcək. Başdan bəri üzərində dayandığımız kimi, Qızıl dövrün ən əhəmiyyətli xüsusiyyəti Qurana bağlı və Quran əxlaqının əskiksiz olaraq yaşandığı bir dövr olmasıdır. Bu səbəbdən, insanlar Allahın Quranda inanan qullarına müjdələdiyi gözəlliklərin hamısını bu dövrdə yaşaya biləcəklər. Allah ayəsində iman edən möminləri dünyada da gözəl bir həyatla yaşadacağını belə bildirir:

Sizdə olan nemətlər tükənəcək, Allah yanında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.
(Nəhl surəsi, 96-97)

Quranda Allahın əmrlərinə uyğun olaraq yaşanan mühitlərin bir növ sülh yurduna çevriləcəyinə diqqət çəkilmişdir. Və bu əxlaqdakı insanların həm dünyada daha çox gözəlliklə qarşılaşacağı, həm də axirətdə sonsuz bir cənnət həyatıyla mükafatlandırılacaqları müjdələnilmişdir:

Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir. Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. (Yunus surəsi, 25-26)

 

Quran əxlaqının yaşandığı mühitdə sənət

Quran əxlaqının hakim olduğu Qızıl dövrdə gündəlik həyatın, sənət anlayışının, iqtisadiyyatın, qısacası ictimai həyatı maraqlandıran hər cür mövzunun necə ola biləcəyini təxmin etmək mümkündür. Çünki Quranda həyatın hər anını təsir edən bir anlayış təsvir edilir. Bunun təməlində isə hər mövzuda Allahın ən çox məmnun olacağı, ən gözəl, ən doğru və ağıllı olanı tətbiq etmək vardır. Quranda təsvir edilən bu anlayış və ağıl istiqamətində Qızıl dövrdə dünya tarixində görülməmiş üstünlükdə bir sənət anlayışının yaşanacağını söyləyə bilərik.

İndiki vaxtda sənətin fərqli sahələriylə məşğul olan insanların əhəmiyyətli bir hissəsi etdiklərini bir peşə olaraq düşünürlər. Bu insanlar üçün qazanc təmin etmək, ümumiyyətlə, sənətlərindən çox daha əvvəl gəlir. Bu isə həm etdiklərini qayğı və narahatlıq içərisində reallaşdırmalarına, həm də əsl gözəl gördüklərini və içlərindən gələni deyil, maddi qazanc və etibar qazanacaqları şeyi etmələrinə səbəb olur. Bu səbəblə də, ortaya daha əvvəl heç sınanmamış yeni sənət əsərləri gətirmək üçün səy sərf etmələri gərəksizdir. Əllərində hazır və qısa müddətdə maddi qazanc təmin edəcək bir yol varkən, çətin olanı və səy tələb edəni seçməzlər. Geniş düşünməyə ehtiyac duymazlar, çünki əhəmiyyətli olan edəcəkləri işi bir an əvvəl bitirib, qarşılığını almalarıdır. Halbuki, bir sənətçi üçün ən əhəmiyyətli mövzulardan biri geniş və azad düşünə bilməsi və davamlı yeniliklər çıxara bilməsidir.

Digər tərəfdən, əgər bir sənətçi həqiqətən ortaya çox keyfiyyətli və səviyyəli əsərlər çıxarsa belə, bu sənətçini dəstəkləyib əsərlərini cəmiyyətə çatdırması lazım olanlar, ehtimalla bunu, "bazar" mövqeyindən gəlir gətirən görmür və dəstəkləmir. İndiki vaxtda bir çox quruluş, keyfiyyət, səviyyə, məna, estetik kimi sənət dəyərləri deyil, yalnız çox satmağı və çox pul qazanmağı düşündükləri üçün, "sənət" və "sənətçi" etiketləri altında son dərəcə keyfiyyətsiz, səviyyəsiz, mənasız və çirkin şeyləri cəmiyyətə təqdim edir.

Qızıl dövrdə bütün bu mənfi hallar ortadan qalxacaq. Çünki hər kəsə çatan bir bolluq və rifah mühiti meydana gələcək. Bu səbəbdən, sənətlə maraqlanan kəslərin maddi qayğıları qalmayacaq, son dərəcə dinc mühitlərdə qabiliyyətlərini lazım olduğu kimi istifadə edə biləcəklər. Sənətin İlahi bir gözəllik olduğu aydın olacaq və beləcə sənətə lazım olan əhəmiyyət veriləcək. Sənətçilər Allahın yaratdıqlarında gördükləri gözəlliklərdən aldıqları ilhamla bənzərsiz əsərlər ortaya qoya biləcəklər. Quran əxlaqından və dərinliyindən qaynaqlanan bu əsərlərdə, bənzərsiz bir qabiliyyət və çox zəngin bir ağıl gücü olacaq.

Axırzamanla birlikdə sənətdə yaşanacaq böyük inkişafın bir başqa səbəbi isə indi sənət dünyasında bir xeyli məşhur olan "çirkinliyi təsvir etmə" meylinin ortadan qalxacağıdır. Haqqında danışılan meyl materialist fəlsəfənin cəmiyyətə hakim olması nəticəsində yayılan nihilist və pessimist fikirlərdən yaranır. Sənət naminə insanları pessimizmə sürüyəcək, həyatdan soyudacaq, gərginlik və böhrana sürüyəcək məhsullar ortaya qoyulur, çirkinlik bir dəyər olaraq görülür. Şəkillərin, heykəllərin ya da musiqilərin mövzuları, xüsusilə ölüm, acı, nifrət, təklik, məqsədsizlik, mənasızlıq kimi mövzulardan seçilir. Bu vəziyyət inancsızlığın insan ruhunda meydana gətirdiyi qarışıqlıq və təxribatın təbii bir nəticəsidir. Axırzamanda isə inancsızlığın yaratdığı bütün bu psixoloji böhranlar ortadan qalxacaq, insanlıq Quran əxlaqının gətirdiyi xoşbəxtlik, dinclik və etibara qovuşacaq və bunun təbii bir nəticəsi olaraq sənət də çirkinlikləri deyil, gözəllikləri təsvir edən bir məşğuliyyət halına gələcəkdir.

 

İnsanın ətrafındakı gözəlliklərdən ilham ala bilməsi

Sənətin özündə düşünmək, incəlikləri fərq edə bilmək, gördüklərindən zövq alıb bunları başqalarının da zövq ala biləcəyi şəkildə təqdim edə bilmək durar. Bu xüsusiyyətlərin qaynağı isə Quran əxlaqıdır. Allah Quranda möminlərə ətraflarında gördükləri hər varlığı araşdırmalarını, üzərində düşünmələrini, Allahın yaratdığı hadisələrdəki hikmətləri görə bilmələrini əmr edir. Allahın möminləri düşünməyə dəvət etdiyi ayələrdən biri belədir:

Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik. Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik. Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik. Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik. (Qaf surəsi, 6-10)

Ayədə bildirilənlərin hər biri insanların hər gün rast gəldikləri varlıqlardır. Ancaq yalnız ətrafına hikmət gözüylə baxan möminlər bitkilərdəki gözəçarpan və ürəkaçan gözəlliyi fərq edə bilərlər. Bir çiyələyin rəngi, bir gülün qoxusu, bananın özünə xas qüsursuz qabı, səmanın ulduzlarla bəzənməsi imanlı bir insana digər insanların əsla qavraya bilməyəcəyi bir məna ifadə edər. Bu gözəllikləri dilə gətirməyin, şərh etməyin, gündəlik həyatın içinə daşımağın ən əhəmiyyətli yollarından biri isə sənətdir. Şəkil, musiqi, dekorasiya kimi bir çox sənət sahəsi də insanın içində yaşadığı bu coşğunu insanlara aşılaya biləcəyi yollardır.

Qızıl dövrdə insanlar arasında Quran əxlaqı hakim olacağı üçün Allahın yaratdığı hər varlıq və hər hadisə insanlarda böyük bir coşğu yaradacaq və bu coşğuları sənətlərinə də əks olunacaq. O dövrdə sənət anlayışı çox üstün bir səviyyədə olacaq, şəhər tənzimləmələrində, strukturlarda, bağça tənzimləmələrində, sənət və təhsil mərkəzlərində bu üstün sənət anlayışı hər istiqamətiylə özünü göstərəcək. Dünyaya Allahın Quran yoluyla insana qazandırdığı dərinliklə baxan sənətçilər əsərləriylə hər kəsi heyran qoyacaqlar. Etdikləri hər yenilik, sınadıqları hər iş bənzərsiz olacaq, insanlara qarışıqlıq dolu bir zövq verəcək.

 

Hz. Süleyman nümunəsi

Allah Quranda müsəlmanların estetik anlayışı ilə əlaqədar açıqlamalar vermişdir. Çox üstün bir sənət anlayışına sahib olduğuna diqqət çəkilən hz. Süleyman bu mövzuda çox əhəmiyyətli bir nümunədir. Hz. Süleymanın Quranda bəhs edilən köşkündə həqiqi bir sənət, estetik və gözəllik hakimdir. Şəffaf bir şüşədən olan zəmin, ilk görənə su olduğu təəssüratı verərək o adamı təəccübləndirib heyranlıq duymasına səbəb olur. Şəffaf bir zəmin, həm insanın ruhunun xoşuna gələcək, fərahlıq verəcək bir görünüşdür, həm də bənzərsiz və ilk dəfə qarşılaşılan olması səbəbiylə həyəcan vericidir. Necə ki, hz. Süleymanın sarayındakı bu gözəlliyin, Səba Məlakəsinin üzərində meydana gətirdiyi təsir Quranda belə bildirilir:

Allahdan başqa tapındığı şeylər o qadını tövhiddən yayındırmışdır. Çünki o, kafir bir tayfadan idi.  Qadına: “Saraya daxil ol!” – deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və baldırlarını açdı. Süleyman dedi: “Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!” Qadın dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allaha təslim oldum!” (Nəml surəsi, 43-44)

Quranda hz. Süleymanın həyatı ilə əlaqədar daha başqa təfərrüatlar da verilir. Hz. Süleymanın Allahın bir neməti olan zənginlikdən və ehtişamdan çox zövq aldığına bir ayədə belə diqqət çəkilir:

Süleyman dedi: “Mən, günəş üfüqdə batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum...” (Sad surəsi, 32)

Bir başqa ayədə isə hz. Süleymanın yanındakı kəslərə müxtəlif sənət əsərləri etdirdiyi belə xəbər verilir:

Cinlər onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Ey Davud nəsli! Bu nemətlərə şükür edin! Qullarımdan şükür edən azdır. (Səba surəsi, 13)

Hz. Süleymanın düzəltdirdiyi əsərlər onun üstün sənət zövqünü bizlərə əks etdirir. Bu gün Qüdsdə iştirak edən və yalnız bir divarı ayaqda olan Süleyman məbədi, bir az əvvəl danışdığımız kimi Quranda diqqət çəkilən və bu gün bütün tarixi sənəd və yazmalarda da bəhs edilən, görkəmli bir saray idi. Allah Quranda müsəlmanlara peyğəmbərlərin həyatlarını, üstün əxlaqlarını nümunə götürməyi əmr etmişdir. Hz. Süleymanla əlaqədar Quranda izah edilənlər möminlər üçün çox əhəmiyyətli bir nümunədir. Müsəlmanların yer üzünü necə gözəl əsərlərlə təchiz edə biləcəklərini, sənətdə və estetikada necə irəliləyə biləcəklərini göstərmək baxımından əhəmiyyətli bir dəlil meydana gətirər. Qızıl dövrdə Qurana uyğun gələn və Allahın əmrinə uyğun olaraq peyğəmbər hekayələrindən öyüd alan insanların olduğu bir dövr olacaq. Bu baxımdan Qızıl dövr inkişaf etmiş sənət anlayışı baxımından da hz. Süleymanın dövrü ilə bənzərliklər göstərəcək.