QIZIL DÖVRDƏ TEXNOLOGİYA

İçində yaşadığımız əsr, xüsusilə də son dörddə biri texnologiyanın inkişafı baxımından dünya tarixində görülməmiş bir sürətlə səhnə olmuşdur. Bundan 100 il əvvəl adı belə bilinməyən bir çox texnoloji vasitə həyatımızın imtina edilməz hissələri halına gəlmişdir. Hətta bundan 10 il əvvəlki texnologiya ilə günümüzdəki texnologiya arasındakı fərq xəyal edilə bilməyəcək ölçülərə çatmışdır. İndiki nailiyyətlər bizə Qızıl dövrdə yaşanacaq irəliləyişlər haqqında da çox əhəmiyyətli işarələr verir.

Qızıl dövrdə texnologiyada yaşanacaq irəliləyişlər insanların həyatlarında çox böyük bir rahatlıq və asanlıq yaradacaq. Köhnədən yalnız xəyal edilə bilən bir çox yenilik, texnologiyanın inkişafı sayəsində həyatın hər anına yayılacaq. İnsanlar evlərində, işlərində, məktəblərində bu inkişaflar sayəsində çox böyük asanlıqlar yaşayacaq, rahat, əyləncəli və zövqlü mühitlərə qovuşacaqlar. Ev həyatında kompyuterlərin istifadə edilməsi insanlara sürət qazandıracaq. Məsələn, hər cür alver, ağır işlər, təhlükəsizlik, isitmə, ventilyasiya, elektrik, təcili vəziyyət sistemlərinə kompyuterlər vasitəsilə nəzarət ediləcək, robotlar çox işdə insan gücünün yerini alacaq. İnsanlar evlərində oturarkən ya da televiziya izləyərkən, bütün işlərini robotlar sayəsində, avtomatik əməliyyatlarla həll edə biləcəklər. Evlərin təmizlənməsi, xarab olan hər cür alətin təmir edilməsi, hərəkətli mikroçiplər sayəsində evdəki toz və axarların tamamilə ortadan qaldırılması, elm adamlarının gələcəkdə robotlarla həll etməyi planladığı mövzuların başında gəlir. Qızıl dövrdə bütün bu planlar reallaşacaq, insanların vaxtını alan hər cür iş texnoloji alətlər tərəfindən həll ediləcək.

Texnologiya dünyanın bütün gözəlliklərini insanların önünə sərəcək, üçölçülü mühitlərdə, virtual televiziyalarla xeyli çox yeri gəzmələrini, əyləncələrə qatıla bilmələrini, zəka inkişaf etdirəcək oyunlarla oynaya bilmələrini mümkün edəcək. İnsanlar virtual mühitlərdə bir çox təcrübəni əvvəldən əldə edə biləcək, özlərini inkişaf etdirə biləcək və əskikliklərini azalda biləcəklər.

Təhsil sistemi, kompyuter və internet texnologiyasının inkişafı və daha geniş bir sahəyə yayılmasıyla çox köklü bir dəyişiklik göstərəcək. Uşaqların ev mühitindən bütün təhsillərini izləmələri təmin ediləcək. Bununla yanaşı, oxuma və əzbər ağırlıqlı təhsil yerinə, uşaqların virtual mühitdə təcrübə qazanaraq, şəxsən tətbiq edərək, ya da internet televiziyaları vasitəsilə vizual olaraq öyrənə biləcəkləri bir sistem həyata keçiriləcək. İndiki vaxtda yalnız çox məhdud sahələrdə tətbiq olunan virtual mühitdə təhsil, insanlara çox böyük bir asanlıq təmin edir, təcrübə qazanılmasına imkan yaradır. Məsələn, pilot təhsili əsnasında istifadə edilən virtual təyyarələrdə pilotlar hər cür qəzaya, hava şəraitinə, texniki səhvlərə qarşı təcrübə qazanır. Qızıl dövrdə bu şəkildə bir təhsil bütün iş sahələrində və təhsildə həyata keçəcək, bu şəkildə xeyli çox səhvin, əskikliyin önünə keçilə biləcək.

Qızıl dövrdə təhsil sistemində yaşanacaq bu köklü dəyişikliyin ən əhəmiyyətli xüsusiyyəti isə bu tip nailiyyətlərdən bütün dünya xalqlarının ədalətli bir şəkildə faydalanmasını təmin etmək olacaq. Hər dövrdə olduğu kimi Qızıl dövrdə də, Quran əxlaqına uyğun gələn insanlar layiq olduqları bütün gözəlliklərə, rahatlığa və asanlıqlara qovuşacaq, bolluq və bərəkət içində yaşayacaqlar.

 

Nəqliyyatda yaşanacaq nailiyyətlər

Qızıl dövrdə nəqliyyat texnologiyasında yaşanan nailiyyətlər insanların  təhlükəsizliyini və rahatlığını təmin edəcək, zaman itkisini minimuma endirəcəkdir. Yeni salınan yollar və vasitələrlə qəza riski ən aza endiriləcək, bunun üçün lazım olan hər cür tədbir alınacaq.

Nəqliyyatın böyük bir hissəsi yeraltından olacaq, bu şəkildə görünüşü pozan hər cür xırdalıq aradan qaldırılacaq. Bunun nəticəsində, trafik problemi də ortadan qalxacaq, çox daha gözəl və estetik bir mühit meydana gələcək. Nəqliyyat vasitələrində istifadə edilən və havanın çirklənməsinə səbəb olan yanacaqların yerini qalıq buraxmayan günəş, ya da külək enerjisi kimi yanacaqlar, ya da elektrik alacaq. Beləcə, bu şəkildə yaranan narahatlıqlara maneə törədiləcəkdir.

Səs sürətini aşan təyyarələrdə, qatarlarda və digər çox inkişaf etmiş nəqliyyat vasitələrində insanların ehtiyac duya biləcəyi hər cür rahatlıq olacaq. Qızıl dövrdəki bütün bu texnoloji inkişaflar maddi imkanı olan müəyyən bir seqmentin istifadə edə bildiyi vasitələr olmaqdan çıxıb, bütün insanların istifadəsinə veriləcək. İslam əxlaqının yaşandığı bu dövrdə hər kəsə eyni gözəlliklər, eyni imkanlar bərabər olaraq paylanacaq, insanlar arasındakı ayrı-seçkiliklər qəti olaraq aradan qalxacaqdır.

 

Ünsiyyət sahəsində yaşanacaq nailiyyətlər

Qızıl dövrdə yaşanacaq inkişaflardan biri də ünsiyyət sahəsində olacaq. O dövrdə dünyanın dörd bir tərəfindəki insanlarla çox sürətli və çox tez xəbərləşmə təmin edilə biləcək, məlumat mübadiləsi olacaqdır. Xüsusilə də, peyklərin xəbərləşmə sahəsində təmin etdiyi asanlıqların bütün insanların istifadəsinə təqdim edilməsiylə xəbərləşmədə çox böyük bir sürət qazanılacaq. Səslə xəbərləşmənin yerini zəng edənlərin həm səsini, həm də üçölçülü görünüşünü əks etdirən holoqrafik telefonlar alacaq.

 

Kompyuter və internet texnologiyası insanlığın xidmətində

Axırzamanda həyatın bu qədər böyük bir bolluq və bərəkət içində olmasında, heç şübhəsiz, kompyuter texnologiyası çox əhəmiyyətli bir yer tutacaq. Artıq insan həyatının hər mərhələsində çox böyük asanlıqlar yaradan kompyuter, gündəlik həyatda, iş həyatında, şəhər planlamasında, tibdə, ünsiyyətdə, sənətdə çox böyük bir sürət qazandırır. Qızıl dövrdə isə bu proseslər daha da böyük bir sürət qazanacaq və hər cür inkişaf insanlığın xidmətinə təqdim ediləcək.

Bu vaxt XX əsrdə yaşanan ən əhəmiyyətli proseslər arasında sayılan "İnternet şəbəkəsi" də insanlıq tarixində bir cığır açmışdır. Dünyanın dörd bir tərəfindəki insanların saniyələr içində bir-birlərinə çata bilmələri, məlumatlarını paylaşa bilmələri, danışa bilmələri, mübahisə edə bilmələri, qısaca, hər şəkildə xəbərləşə bilmələri beynəlxalq internet şəbəkəsi sayəsində mümkün hala gəlmişdir. Artıq bir şey öyrənmək, bir kitabxanada araşdırma etmək, beynəlxalq bir təşkilatın hesabatlarını araşdırmaq, dünyada inkişaf edən hadisələrə, texnoloji proseslərə və bu mövzuda edilən şərhlərə çatmaq insanların yalnız bir neçə dəqiqəsini alır. Beləcə, bütün insanların uzun illər araşdırmalar edib araşdırdıqları məlumatlar heç əmək xərcləmədən insanların istifadəsinə verilmişdir.

İnternet sayəsində dünyadakı məlumat təcrübəsinin insanlar arasında paylaşılmasına mane olan bütün problemlər tamamilə aradan qalxmışdır. Dünya üzərindəki bütün proseslər hər hansı bir fərq qoyulmadan bütün xalqlara məlumat olaraq dərhal çatdırılır. Getdikcə daha da inkişaf edən internet texnologiyası şübhəsiz, sonrakı dövrlərdə çox daha inkişaf etmiş halıyla istifadədə olacaq.

Burada çox əhəmiyyətli bir nöqtəyə diqqət çəkmək yerinə düşəcək. Dünya tarixi araşdırılanda insanlığın heç bir dövrdə belə böyük uğurlar yaşamadığı görülür. Xüsusilə, texnologiya sahəsində XX əsr boyunca qazanılan uğurlar keçmiş dövrlərdə yaşanmamışdır. Bundan yalnız 100 il əvvəl bir insana dünyanın bugünki vəziyyəti göstərilsəydi, şübhəsiz, çox böyük bir çaşğınlıq yaşayardı. Hətta 100 il əvvəl deyil, bundan 15-20 il əvvəl bir insana internet texnologiyasından bəhs edilsəydi, bunu son dərəcə uzaq, bəlkə 100 il sonra ancaq çatıla biləcək bir inkişaf olaraq qiymətləndirərdi. Məhz bütün bu uğurlar insanların çox əhəmiyyətli dövrlərə yaxınlaşdığının işarələridir. Görülən odur ki, yaxınlaşan Qızıl dövr hər cür texnologiyanın ən yüksək səviyyədə yaşandığı, insanlara minlərlə nemətin təqdim edildiyi, son dərəcə ehtişamlı bir dövr olacaq.

 

Enerjidə texnoloji inqilab

Sənaye inqilabıyla birlikdə başlayan enerji dövrü XX əsrdə yaşanan texnoloji inkişaflarla çox böyük bir əhəmiyyət qazanmışdır. Əldəki məlumatlara görə, qarşıdakı 50 il içində dünya əhalisi iki dəfə artacaq və bu əhalinin enerji istifadəsi bu andakından üç qat çox olacaq. Bununla yanaşı, ən optimist təxminlərə görə dünya üzərindəki neft ehtiyatlarına 40 il təminat verilir. Təbii qaz isə daha qısa bir müddətdə tükənəcək. Məhz bu hesablamalar elm adamlarını həm daha ucuz, həm daha rahat olan enerji qaynaqları axtarışına sövq etmişdir. Neftin yerini alacaq bu enerji qaynaqları üçün bir neçə ana başlıq üzərində dayanılır: Günəş, külək və su.

Günəş, külək və su kimi ətrafa zərər verməyən qaynaqlardan enerji əldə edilməsi önümüzdəki əsrlərin ən əhəmiyyətli prosesləri olaraq düşünülür. Məsələn, külək enerjisinin istifadə edilməsi xüsusilə sahil şəhərlərinin iqtisadiyyatında çox böyük bir addıma səbəb olacaq. Öz qaynaqlarından istehsal etdikləri üçün xaricə asılılıqları azalacaq və xalqın rifahı üçün çox əhəmiyyətli nailiyyətlər təmin edilə biləcək. Xüsusilə də, küləyin tükənməyən və əldə etmək üçün səy tələb etməyən bir enerji olması elm adamlarını bu mövzuda iş görməyə təşviq edir.

Araşdırmaların ikinci bir qolu da Günəşdən əldə ediləcək enerji meydana gətirməkdir. Yer üzünə bir ildə düşən günəş işığı enerjisi isə hal-hazırda istifadə etdiyimiz cəmi enerjinin 15 000 misli qədərdir. İyirmi günlük gün işığı dünyanın bütün ehtiyatlarının əhatə etdiyi bütün enerjiyə bərabərdir. Bu səbəbdən, bu qaynaqların geniş şəkildə istifadəyə keçirilməsiylə Qızıl dövrdə hər hansı bir enerji ehtiyacı olmayacaq, sənaye və texnologiyada Günəş, su və küləkdən çox böyük bir rahatlıqla faydalanılacaq.