Quran əxlaqında yaşanacaq gözəlliklər

Quran əxlaqının hakim olacağı bir cəmiyyətdə yaşanan gözəllikləri anlaya bilmək üçün əvvəl əksinə vəziyyətlərdə yaşanan korlanmaları araşdırmaq lazımdır. İslam əxlaqının yaşanmadığı cəmiyyətlərdə insanlar hər cür əxlaqsızlığa açıq vəziyyətə gəlirlər. Dindar bir insanın əxlaqsızlıqdan çəkinməsinin səbəbi Allahdan qorxması, Allahın gizlinin gizlisini bildiyini bilməsi və axirət günündə bütün edib etdiklərindən sorğuya çəkiləcəyinin şüurunda olmasıdır. Bu səbəblə hər hansı bir pis əxlaq nümunəsini göstərməz, sui-istifadə etməz, yalan danışmaz, insanların canına qəsd etməz, rüşvət almaz…

Amma dinsiz bir insan bütün bu əxlaqsızlıqları asanlıqla edə bilər. Əgər bir insan Allahdan qorxmursa, o adamdan hər şey gözlənilə bilər, çünki onu maneə törədə biləcək, vicdanını hərəkətə keçirə biləcək hər hansı bir güc yoxdur. Dinsiz bir cəmiyyətdə hər cür əxlaqsızlıq qanuni görünə bilər. Allahdan qorxan bir adam isə şərtlər və mühit nə olursa, olsun ədalətindən, incə düşüncəsindən, səbrindən, dürüstlüyündən, gözəl əxlaqından kənara çıxmaz. Allah Quran əxlaqını yaşayan kəsləri bu şəkildə təsvir edər:

Onlar Allahın əhdini yerinə yetirərlər və verdikləri qəti sözü pozmazlar və onlar Allahın çatdırılmasını əmr etdiyi şeyi çatdırarlar. Rəblərindən içləri hörmət ilə titrəyər, pis hesabdan qorxarlar və onlar Rəblərinin üzünü (məmnuniyyətini) istəyərək səbr edərlər, namazı doğru qılar, özlərinə ruzi olaraq verdiklərimizdən gizli və açıq sədəqə verərlər və pisliyi yaxşılıqla dəf edərlər. Onlar, bu yurdun (dünyanın gözəl) nəticəsi (axirət xoşbəxtliyi) onlar üçündür. (Rad surəsi, 20-22)

Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə ən çox diqqəti çəkən şey əxlaqi mövzularda yaşanacaq sürətli pozulmalardır. Belə cəmiyyətlərdə ailə həyatında, iqtisadi həyatda, siyasətdə, insan əlaqələrində çox sürətli bir degenerasiya yaşanar. Çünki Allah qorxusunun olmadığı bir həyatda hər hansı bir sərhəd, qayda yoxdur. Sərhədlər nəfsin zövq və ehtiraslarına görə təyin olunar. Bu degenerasiyanın təbii ki, bir nəticəsi olaraq ailə quruluşunda görülən pozulmalarla, cəmiyyətin təməl quruluşunda çöküntülər özünü göstərər. Məsələn, bir millətin təməl ünsürü olan ailə quruluşunun pozulması cəmiyyətin bütün seqmentlərinə təsir edər. Hörmət, sevgi və mərhəmət duyğuları yerini öz eqoist istəklərini seçməyə, öz mənfəətini güdməyə, başqalarının haqqına təcavüz etməyə buraxar. Ehtiyac içində olanlara kimsə kömək etməz, zənginlər yalnız öz mallarını artırmağa çalışıb, insani dəyərləri tamamilə gözardı edərlər.

İnanan insanlardan ibarət olan bir cəmiyyətdə isə insanlara kömək etmək, fədakarlıqda olmaq təriflənən və tövsiyə edilən bir mömin əxlaqıdır. Müsəlman ehtiyac içində olana sevdiyi şeylərdən sədəqə kimi verər və bunun qarşılığını da yalnız Rəbbindən gözləyər:

Həqiqətən Allahın Kitabını oxuyanlar, namazı dümdüz qılarlar və özlərinə ruzi olaraq verdiklərimizdən gizli və açıq şəkildə sədəqə verərlər; qəti olaraq zərərə uğramayacaq bir ticarəti ümid edə bilərlər. (Fatir surəsi, 29)

Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə kimsə kimsənin yaxşılığını, sağlamlığını, rahatını, təhlükəsizliyini düşünməz. Hər kəs eqoistcə özünü düşünər; məqsəd  daha çox pul qazanmaq, daha çox gəlir əldə etmək, daha çox mal əldə etməkdir. Belə bir insan ətrafında yaşananları görməzlikdən gəlir. Aclıq içində olanları görüncə onlara kömək etmək ağlından keçməz, israf etməyə davam edər. Haqsız qazanc təmin etdiyində zərər çəkmiş etdiyi kəslərin fərqinə varar, amma bu onu etdiyi işdən imtina etdirməz. İnsanlar ancaq bir gəlir qarşılığında bir-birlərinə yaxşı davranarlar.

Oğurluğun, rüşvətin, intiharların, sui-istifadələrin, ictimai ədalətsizliyin mənşəyində də Quran əxlaqının yaşanmaması durur. Halbuki, Quran əxlaqına sahib olan adam hər vəziyyətdə ədalətli davranar, davamlı yaxşı işlər edib, Allahın razılığını və sonsuz axirət yurdunu qazanmağı istər. Ayrıca belə üstün bir əxlaqa sahib olan insanların yaşadığı cəmiyyətdə də ədalət hər şərtdə tətbiq olunar.

Yaxınlaşmaqda olan bu müqəddəs dövrdə ədaləti tətbiq edəcək, Quran əxlaqını bütün incəlikləriylə yaşayacaq və insanlara təbliğ edəcək üstün əxlaqlı insanlar olacaqdır. Qızıl dövrdə bütün insanların çox böyük bir dinclik, mühafizə və rahatlıq içində yaşayacaqları mühitin ən əhəmiyyətli səbəblərindən biri müsəlmanların gözəl əxlaqıdır. Bolluq, bərəkət və zənginlik çox yüksək bir səviyyəyə çatacaq, ehtiyac içində kimsə qalmayacaq, həyatın hər anında çox həssas bir ədalət, insanlar arasında çox böyük bir bərabərlik yaşanacaqdır.